Rusiya nüvə təliminə BAŞLADI

 15:48 26.10.2022     472

Rusiya Silahlı Qüvvələri nüvə təlimləri keçirirlər.

Redaktor.az xəbər verir ki, bu barədə “Rossiya-24” telekanalının canlı yayımında Rusiyanın müdafiə naziri Sergey Şoyqu raport verib.

“Yoldaş Ali Baş Komandan, Silahlı Qüvvələrinin təlim planına uyğun olaraq, sizin rəhbərliyinizlə silahlı qüvvələrə nəzarət etmək üçün təlimlər keçirilir və bu zaman strateji nüvə qüvvələri tərəfindən kütləvi nüvə zərbəsi endirmək tapşırıqları yerinə yetirilir.”, - o deyib.

Xatırladaq ki, S.Şoyqu və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bundan əvvəl ölkələrinin özünümüdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə biləcəklərini açıqlayıblar.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən