Xersonda şiddətli döyüşlər gedir

 17:11 26.10.2022     859

"Rus işğalçıları böyük qüvvə ilə Xerson istiqamətində hücuma keçib. Ukrayna hərbçiləri böyük qətiyyətlə müdafiə olunurlar".

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

"Orada şiddətli döyüşlər gedir. Baş Qərargahdan bildirilib ki, müdafiə ilə yanaşı əsgərlərimiz həm də hücumu davam etdirirlər.”,- o, “United News” ümummilli telemarafonunun efirində bildirib.

Bu gün Ukraynanın müdafiə naziri Oleksiy Reznikov etiraf edib ki, bütün ərazilərin azad edilməsi üçün real plan var. Plana əsasən, ilk növbədə Xerson vilayəti azad ediləcək.

Tunar Altunbay