Sobçakı 15 ilə yaxın həbs gözləyir - YENİLƏNİB

 21:37 26.10.2022     716

Məşhur rusiyalı teleaparcı Kseniya Sobçak ölkənin "Rostex" dövlət korporasiyasından pul tələb etməkdə ittiham olunur.

Redaktor.az verir ki, bu barədə Rusiya KİV-ləri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Sobçak Rusiya Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir.

Qeyd olunan maddə əsasında aparıcını 15 ilə qədər həbs gözləyir.

Sobçak haqqında həbs qərarının verildiyini öyrəndikdən sonra ötən gecə Rusiyadan qaçıb. Hüquq-mühafizə orqanları onun evində və avtomobilində axtarış aparıb. 

***

Teleaparıcı və bloger Kseniya Sobçak ötən gecə Rusiyanı tərk edərək Belarus ərazisi ilə Litvaya gedib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib:

"O, çərşənbə axşamı günü, gecə gec saatlarda Moskvadan çıxıb. Eyni zamanda internet vasitəsilə dünən Dubaya, bu gün isə Türkiyəyə aviabilet alıb. O, əməliyyatçıları çaşdırmaq üçün belə edib. Nəticədə Belarus vasitəsilə Litvaya daxil olub".

Məlumata görə, müstəntiqlərin əlində Sobçakın saxlanması barədə qərar olub, lakin o, qaça bilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Sobçakın Moskva vilayətindəki bağ evində axtarış aparılıb. Axtarışın Sobçakın kommersiya direktoru Kirill Suxanova qarşı iş üzrə aparıldığı bildirilib.

Xatırladaq ki, Kseniya Sobçak ermənipərəst mövqeyi ilə də tanınıb.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən