Qarabağdakı separatçıların rəhbəri Rubenə görə Moskvaya gedib

Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının rəhbəri Arayik Arutyunyan oktyabrın 24-dən 25-nə keçən gecə İrəvan-Moskva reysinin biznes sinfi ilə Moskvaya yola düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə erməni mətbuatında məlumat yayılıb.
Yerli medianın xəbərinə görə, Arayik Arutyunyan Ruben Vardanyanın qondarma qurumda "nazir" vəzifəsini tutmaq təklifini qəbul etdikdən sonra Rusiya siyasi elitası ilə problem yaşayır.
Nərmin VÜQARQIZI