İranda terrorda ölənlərin sayı 45-ə çatdı - VİDEO - YENİLƏNİB

İranda ziyarətgaha silahlı hücum zamanı ölənlərin sayı artıb.
Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, terror aktı nəticəsində ölənlərin sayı artaraq 45 nəfərə çatıb. onlardan ikisi azyaşlıdır.
***
İranın Şiraz şəhərində Şahçıraq məqbərəsi yaxınlığında silahlı şəxslər atəş açması nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, 4 terrorçudan 2-si ələ keçib.
Tunar Altunbay