“Bu il qan ilidir, Xameneyi devrilməlidir” - İranda tələbələr etiraza qalxdılar - VİDEO
Güney Azərbaycanın mərkəzi şəhəri Təbrizdə İncəsənət Universitetinin tələbələri molla rejimin əleyhinə eitrz aksiyası təşkil ediblər.
Redaktor.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Məlumatda deyilir ki, tələbələr “Azadlıq, azadlıq, azadlıq!” şüarları səsləndiriblər.
İranın Şəhre-Qods şəhərində yerləşən Kənd Təsərrüfatı İnstitutunun tələbələri də hakimiyyətə qarşı etiraz aksiyası keçiriblər.
Tələbələrin rejimə qarşı şüarlari isə “Bu il qan ilidir, Seyid Əli (Xameneyi) devrilməlidir!” olub.
Tunar Altunbay












