Putin Ukraynaya əfqan muzdlularını GƏTİRİR

 21:12 26.10.2022     125

Böyük Britaniya və ABŞ-da təlim keçmiş Əfqanıstan Milli Ordusunun Komando Korpusunun üzvlərinə "WhatsApp" və "Signal" messencerləri vasitəsilə Rusiya Silahlı Qüvvələrinə qoşulmaq təklifləri daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə nüfuzlu "Foreign Policy" jurnalı yazıb.

“Qərb qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra ölkədə 30 minə yaxın yaxşı təlim keçmiş xüsusi təyinatlılar qalıb”, - deyə mənbələr bildiriblər. 

“Onların bir çoxu işdən çıxarılıb, bəziləri isə Talibanın NATO qüvvələri ilə əməkdaşlıq edən hər kəsdən qisas almaq niyyətinə görə qorxub gizlənirlər”, - jurnal qeyd edib.

Mənbənin sözlərinə görə, Rusiyanın təklifini 10 minə yaxın insan qəbul edə bilər.