Kanadada İran əleyhinə aksiyada qorxunc anlar yaşandı

 21:59 26.10.2022     351

Kanadanın Toronto şəhərində İran hakimiyyətinə qarşı keçirilən aksiya iştirakçılarının üzərinə avtomobil sürən şəxs saxlanılıb.

Redaktor.az "The Jerusalem Post"a istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının apardığı araşdırma nəticəsində dinc etirazçıların üzərinə avtomobili sürənin İrandakı hakimiyyətin tərəfdarı olan Firas əl-Nəcimi olduğu aşkar edilib.

38 yaşlı olan Firas əl-Nəciminin Kanada İnsan Haqları Müdafiəçiləri hüquq müdafiə təşkilatının baş direktoru olduğu da üzə çıxıb.

Axtarış zamanı onun avtomobilindən pnevmatik tapança da aşkar edilib.

Ona qarşı təhlükəli avtomobil sürmə, polislərin əmrinə tabe olmadan boyun qaçırma və silah saxlamaq maddələri üzrə ittiham irəli sürülüb.