Atlar üçün idman ayaqqabısı hazırlandı - FOTO

 03:15 27.10.2022     273

Amerikalı dizayner ilk at ayaqqabısı markasını təqdim edib.

Redaktor.az "New York Post"a istinadla xəbər verir ki, Markus Floyd atlar üçün idman ayaqqabılarının yaradılması üzrə ixtisaslaşacaq özəl “Horse Kicks” brendinin istifadəyə verildiyini elan edib.

Qeyd edək ki, ayaqqabıların forması atın dırnaqlarına uyğunlaşdırılıb. Yeni nallar ilk dəfə 4 və 5 noyabrda Kentukkidə keçiriləcək “Breeders' Cup” at yarışında sınaqdan keçiriləcək.

Markanın at sahiblərindən xüsusi sifarişlər alacağı bildirilir. “Nal-ayaqqabı”nın qiyməti həmişəkindən xeyli baha olacaq. Bir atın ayağına taxmaq üçün isə təxminən 1200 dollar xərcləməli olacaqlar.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən