Ukraynada daha 320 Rusiya hərbçisi, 19 PUA, 1 helikopter MƏHV EDİLDİ
Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 69220 (+ 320) nəfər canlı qüvvəsi, 2631 (+3) tank, 5364 (+13) zirehli döyüş maşını, 1690 (+4) artilleriya sistemi, 379 (+0) reaktiv yaylım atəşi sistemi, 192 (+0) hava hücumundan müdafiə sistemi, 271 (+0) təyyarə, 249 (+1) helikopter, 1398 (+19) PUA, 351 (+1) qanadlı raket, 16 (+0) gəmi, 4078 (+2) avtomobil texnikası və avtosistern, 150 (+1) xüsusi texnikası məhv edilib.
T.İSMAYIL













