Rusiyadan nüvə silahı ilə bağlı qarışıq mesajlar

 16:32 27.10.2022     347

“Rusiya nüvə silahından istifadə etmək niyyətində deyil. Bundan söhbət gedə bilməz”.

Redaktor.az CNN-ə istinadla xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib.

Onun sözlərinə görə, Moskva Ukraynada nüvə silahından istifadə etməyəcək.

Qeyd edək ki, dünən Rusiya Rusiya Prezidenti Vladimir Putin kütləvi nüvə zərbəsi endirmək üçün təlim keçirib.

Kremlin bəyanatına görə, təlimlər ballistik və qanadlı raketlərin atış təcrübələrini əhatə edib. Açıqlamaya görə, Rusiya hərbi təyyarələri Tu-95MS hava əsaslı qanadlı raketlərin atış təcrübəsi üçün istifadə edilib.

Rusiya ordusunun Ali Baş Komandanı Putin təlimlərdə müdafiə naziri Sergey Şoyqunun hesabatını da dinləyib.

Bəyanatda deyilir ki, hərbi komandanlığın hazırlıq səviyyəsi, rəhbərlik və əməliyyat heyətinin Rusiya qoşunlarının təşkili üzrə bacarıqları da yoxlanılıb.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən