Rektor dələduzluğa görə həbs edildi

 17:45 27.10.2022     323

Rusiya Biotexnoloji Universitetinin rektoru Mixail Balıxin həbs edilib. 

Redaktor.az TASS-a istinadən xəbər verir ki, Moskvanın Qolovinski məhkəməsinin qərarına əsasən, rektor 2022-ci il dekabrın 25-dək istintaq təcridxanasına göndərilib.

Universitet rəhbəri külli miqdarda dələduzluqda ittiham olunur. O, hələlik həbs qərarından apellyasiya şikayəti verməyib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən