"Bəşəriyyəti qarşıda ən təhlükəli onillik gözləyir" - Putin

 20:45 27.10.2022     308

Dünya tarixi dönüş nöqtəsində dayanıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu “Valday” diskussiya klubunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

“Bəşəriyyəti qarşıda İkinci Dünya Müharibəsindən sonra ən təhlükəli və ən mühüm onillik gözləyir” – deyə o, bildirib.

Putin qeyd edib ki, hazırkı vəziyyət bir növ münaqişələr zəncirini xatırladır və indi əsas vəzifə onların həllidir.

Həmçinin, dövlət başçısı çıxışında rusiyalılarla ukraynılaları bir xalq adlandırıb və münaqişənin Qərbin siyasəti ucbatından baş verdiyini vurğulayıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən