Putindən Pekinə dəstək: "Tayvan Çinin ayrılmaz hissəsidir"

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Tayvan Çinin ayrılmaz hissəsidir.
Redaktor.az xəbər verir ki, bu barədə o, Valday Diskussiya klubunun plenar iclasında danışıb.
O, Rusiyanın Tayvan məsələ ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb.
Putin Pelosinin Tayvana səfərini Rusiyanın da təxribat kimi qəbul etdiyini qeyd edib.
Qeyd edək ki, ABŞ Konqressinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bir müddət əvvəl Tayvana səfər edib. Çin səfəri təxribat kimi qiymətləndirib.