Ruslar Ukraynada 700 minə yaxın adam öldürüb - Putin

 23:05 27.10.2022     176

Ukraynanın müharibə itkiləri Rusiyanın itkilərindən dəfələrlə çoxdur.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya klubunun plenar iclasında bildirib.

Putinin sözlərinə görə, Rusiya ilə müqayisədə Ukraynanın itkiləri 7-10 dəfə çoxdur.

“Kiyev hakimiyyəti öz vətəndaşlarına aman vermir. Onlar Rusiyaya qarşı son ukraynalıya qədər mübarizə aparır”,- deyə Rusiya lideri vurğulayıb.

Qeyd edək ki, ruslar Ukraynada 70 minə yaxın canlı qüvvə itirib. Bu hesabla, Putinin sözündən belə çıxır ki, ruslar fevral ayından bəri 700 minə yaxın ukraynalı öldürüb.

Tunar Altunbay