Zelenski məhv edilmiş İran dronu ilə şəkil ÇƏKDİRDİ

 11:53 28.10.2022     438

Rusiya son iki gün ərzində Ukraynaya 30-dan çox PUA ilə hücum edib.

Redaktor.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib.

Kiyevdə məhv edilən İran dronun yanında dayanaraq açıqlama verən Zelenski bildirib ki, Ukrayna ordusu bu hücumlardan bir neçəsinin qarşısını alıb.

Zelenski Rusiyanın Ukraynaya ümumilikdə 4500 raket hücumu təşkil etdiyini ifadə edib.

Qeyd edək ki, İran tərəfi Rusiyaya dron tədarük etdiyi barədə iddiaları rədd edir. İran iddia edir ki, Rusiyaya silahlar Ukrayna müharibəsindən əvvəl satılıb.