Qazıntı zamanı təsadüfən təbii qaz yatağı aşkarlandı - VİDEO

 11:55 28.10.2022     303

Əfqanıstanın şimal-qərbində yerləşən Badğis vilayətində təbii qaz yatağı kəşf edilib.

Redaktor.az "Bakhtar"a istinadla bildirir ki, “Taliban” hərəkatının təsis etdiyi dağ-mədən departamentinin rəhbəri Kari Şəmsuddin Nizaminin sözlərinə görə, qaz yatağı vilayətin Murqab rayonunun ərazisində aşkar edilib.

Qaz yatağı təsadüfən ilkin geoloji tədqiqatlar aparmaq üçün əraziyə gələn Əfqanıstanın Qaz Sənayesi Nazirliyinin mütəxəssisləri tərəfindən tapılıb.

Həvəskar çəkilişdə təbii qazın yerin səthinə sızdığı aşkar görünür.