İstanbulda partlayış - Ölən və yaralananlar var

 12:38 28.10.2022     314

Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda sənaye bölgəsində iş yerində partlayış baş verib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, hadisə yerinə çox sayda polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım heyəti cəlb olunub.

Hadisəyə ilkin səbəb kimi oksigen balonunun partlaması göstərilir.

Bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 3-ü ağır olmaqla 5 nəfər yaralanıb.

Həmidə İbrahimova