Qadınların qənimi olan quldur saxlanıldı

 15:13 28.10.2022     198

Omsk vilayətində 81 yaşlı qadını qarət etməkdə və çoxsaylı bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib:

“Hazırda saxlanılan şəxs müvəqqəti saxlama təcridxanasına yerləşdirilib”. 

Bildirilir ki, oktyabrın 26-da günorta saatlarında şübhəli şəxs 81 yaşlı qadının ardınca binaya daxil olub. Ona çoxsaylı bıçaq zərbələri vurduqdan sonra içərisində 600 rubl (16,6 manat) olan çantasını oğurlayıb.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.

Cinayətkar həmin gün axşam saatlarında 20 yaşlı qıza hücum edib və bıçaqla hədələyərək içərisində əşyalar olan bağlamasını aparıb.

Bu faktlar üzrə adam xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd və soyğunçuluq maddələri ilə cinayət işi açılıb.

İstintaqçılar hadisə yerinə baxış keçirib, şübhəli şəxsdən qalan bıçaq və digər əşyaları müsadirə ediblər.

Şübhəli psixiatrik müayinədən keçəcək.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tapşırığı ilə cinayət işinin istintaqının gedişi idarənin mərkəzi aparatında nəzarətə götürülüb.

Tunar Altunbay