Nensi Pelosinin evinə basqın edib ərini yaraladılar - YENİLƏNİB

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin San-Fransiskodakı evinə hücumun bəzi təfərrüatları məlum olub.
Redaktora.az xəbər verir ki, hücum edən şəxs çəkiclə silahlanıb və “Nensi haradadır?” deyə qışqırıb.
Şübhəli evin arxa tərəfindəki sürüşkən şüşəli qapıdan içəri daxil olub. Həmin vaxt Pelosini evdə tapmayan təcavüzkar spikerin 82 yaşlı ərinin başına zərbə endirib.
Məlumata görə, Pol Pelosi hazırda San-Fransiskodakı Zukerberq Ümumi Xəstəxanasındadır. Ona qançır, şiddətli şişkinlik və digər xəsarətlər diaqnozu qoyulub.
Hadisənin istintaqına Federal Təhqiqatlar Bürosu (FBI) qoşulub.
***
Naməlum şəxs ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin San-Fransiskodakı evinə basqın edib və həyat yoldaşı Pol Pelosini yaralayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, hücum edən şəxs saxlanılıb. Hadisə vaxtı Pelosi evdə olmayıb. Pol Pelosi xəstəxanaya yerləşdirilib.