Ərindən intiqam almaq üçün körpəsini balkondan atmaq istədi - VİDEO

 21:53 28.10.2022     272

Rusiyada müstəntiqlər körpəsini az qala eyvandan atan Krasnodar diyarının Tuapse rayonunun 38 yaşlı sakini barəsində cinayət işi açıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı iki aylıq uşağı öldürməyə cəhd maddəsi ilə araşdırma aparılır. Hadisənin videosunu REN TV kanalı yayıb.

İstintaqın məlumatına görə, qadın əri və azyaşlı uşaqları ilə birlikdə Aqoy kəndinin Qornaya küçəsində yerləşən yaşayış binasının 7-ci mərtəbəsindəki mənzildə yaşayıb. Ana körpəni götürüb məhəccərdən atmaq istəyib. Qadının böyük qızı onu sakitləşdirməyə çalışıb, qonşular da körpənin fəryadını eşidib polisə müraciət ediblər. Onlar ananı dayanmağa razı sala bilib və uşağı onun əlindən alıblar. Qonşular qadının bir gün əvvəl mübahisə etdiyi ərindən qisas almağa çalışdığını güman edib, Kp.ru aydınlıq gətirib.

Qadının vəziyyəti nəzərə alınaraq tibb müəssisəsinə yerləşdirilməsi məsələsi həll edilir. İstintaq uşaqların ailədə yaşayış şəraitini və tərbiyəsini yoxlamaq, habelə profilaktika, qəyyumluq sisteminin vəzifəli şəxslərinin fəaliyyətinə qiymət vermək niyyətindədir.