İranda insanlara atəş açıldı - Ölü və yaralılar var 

 23:55 28.10.2022     343

Bu gün İranın Zahidan şəhərində aksiya keçirən insanlara və polislərə atəş açılıb.

Redaktor.az "Azad İran" "Telegram" Kanalına istinadla xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Şəhərin yerləşdiyi Sistan və Bəlucistan əyalətinin Təhlükəsizlik Şurası bildirib ki, atəş açan şəxslərin kim olduğu bilinmir.

Yaralılar arasında həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələrinin üzvləri var.

Vumart və Güvən reklamı Vumart Güvən