Paşinyanın partiyası qapalı qurultay keçirir

 11:35 29.10.2022     347

Ermənistanın hakim “Vətəndaş müqaviləsi“ partiyası baş nazir Nikol Paşinyanın da iştirak etdiyi qapalı qurultay keçirir.

Redaktor.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, İrəvandakı idman-konsert kompleksində keçirilən qurultaya deputatlar, icma rəhbərləri, müxtəlif rəsmi şəxslər, eləcə də digər qonaqlar çağırılıb.

Qurultay hələ sentyabrın 18-də keçirilməli idi, lakin o zaman sərhəddəki gərginlik səbəbindən təxirə salınmışdı. Qurultayda partiya idarə heyətinin yeni tərkibi seçiləcək.

Xatırladaq ki, partiya əvvəlki qurultayını 2019-cu ilin iyununda keçirib. O zaman Suren Papikyan İdarə Heyətinin sədri seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən