Krımda Rusiyanın bir neçə hərbi gəmisi məhv edildi - VİDEO - YENİLƏNİB
Rusiya Federasiyası Qara Dəniz Donanmasının dörd döyüş, o cümlədən freqat və desant gəmiləri Sevastopol körfəzində partlayıb.
Bu barədə Ukraynanın daxili işlər nazirinin müavini Anton Geraşenkonun “Telegram” kanalında deyilir.
Geraşenko yazır ki, təsdiqlənməmiş məlumatlara görə, zədələnmiş gəmilər arasında “Kalibr” qanadlı raketlərinin daşıyıcısı “Admiral Makarov” da var.
Qeyd edək ki, hazırda Rusiya tərəfi Sevastopol körfəzinin girişini tamamilə bağlayıb.
Rusiyanın müvəqqəti işğalı altında olan Krım yarımadasında silsilə partlayışlar baş verib, bir neçə hərbi gəmi məhv edilib
Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə hərbi jurnalist Andrey Çaplienko məlumat verib.
Bildirilib ki, Sevastopol buxtası tamamilə bağlanıb, əraziyə giriş qadağan edilib.
Məlumata görə, Rusiyanın Qara Dəniz Donanmasının "Moskva" hərbi gəmisinin batırılmasından sonra yeni flaqmanı olan "Admiral Makarov" freqatı da məhv edilənlər sırasındadır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı informasiyanı hələ təsdiqləməyib.
Tunar Altunbay












