İranın hər yerində xalq ayağa qalxdı - VİDEO
Bu gün İranın bir çox şəhərində hökumət əleyhinə aksiyalar keçirilib.
Redaktor.az xəbər verir ki, etiraz aksiyaları əsasən universitetlərdə təşkil olunub. Aksiyalara qoşulan tələbələr gender bərabərliyi və azadlıq şüarları səsləndiriblər.
Etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxilə etdiyi bildirilir.
Hələlik ehtimal olunan həbslər və yaxud ölüm halları barədə hər hansı məlumat yoxdur.












