Mask bloklanmış "Twitter" hesablarını bərpa edəcək

Amerikalı biznesmen Elon Mask şübhəli səbəblərdən bloklanmış "Twitter" hesablarının bərpa olunacağını bildirib.
Redaktor.az xəbər verir ki, bunu İ.Mask cümə günü sosial şəbəkə istifadəçilərindən birinin sualına cavabında deyib.
"Kiçik və ya şübhəli səbəblərə görə bloklanmış (hesabların - red.) hamısı "Twitter" həbsxanasından azad ediləcək", - deyə amerikalı biznesmen bildirib.