Ərdoğan yerli avtomobili sınaqdan keçirdi

 20:50 29.10.2022     260

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli "Togg" avtomobilinin istehsal edildiyi şirkətə baş çəkib.

Redaktor.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilir ki, Ərdoğan avtomobilin istehsalında iştirak edən şəxslərlə görüşdən sonra maşını sınaqdan keçirib.

Qeyd edilir ki, tezliklə avtomobillərin kütləvi istehsalına başlanılacaq.