Cənubi Koreyada ölənlərin sayı 153 nəfəri keçdi - VİDEO - YENİLƏNİB

 15:20 30.10.2022     1207

Cənubi Koreyanın Seul şəhərində şənlik zamanı yaranan kütləvi izdihamda ölənlərin sayı 153 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Ölənlər arasında 97 qadın var.

Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında kafe və restoranların, gecə klublarının yerləşdiyi ərazidə təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaranıb. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan, Rusiya vətəndaşları da var. Hadisədə ölənlərin çoxunun 30 yaş civarındakı gənclər olduğu bildirilir.

***

Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində “Hellouin” bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.

Bu barədə Redaktor.az "Reuters"ə istinadən xəbər verir.

Yaralıların sayının 100-dən çox olduğu bildirilir.

***

Cənubi Koreyanın paytaxtı Seulds izdiham nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.

Bu barədə Redaktor.az "Reuters"ə istinadən xəbər verir.

Yaralıların sayının 100-dən çox olduğu bildirilir.

***

Cənubi Koreyanın paytaxtı Seul şəhərində Hellouin bayramı münasibətilə keçirilən şənliklərdə izdiham yaşanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən yazıb.

İzdiham nəticəsində 59 nəfər həlak olub, 150 nəfər yaralanıb. Həlak olanların ürəktutmadan öldüyü bildirilir. İlkin məlumata görə, 20 nəfər xəstəxanaya aparılıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Cənubi Koreya prezidenti Yon Suk-Yeol hadisə ilə əlaqədar fövqəladə iclas keçirib.

***

Cənubi Koreyanın Seul şəhərində Hellouin bayramı şənliyində yaranan izdiham zamanı azı 20 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Mirror” Cənubi Koreya mətbuatına istinadən məlumat yayıb.

İzdiham zamanı xəsarət alanların sayı 100-ə çatır. Hadisə yerinə onlarla təcili yardım maşını və polis gəlib. Ölkə prezidenti və baş nazir tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.

Bundan əvvəl Seulda keçirilən Hellouin bayramında azı 50 nəfərin xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, hər il oktyabrın sonuncu şənbə günü minlərlə insan Hellouin bayramını qeyd etmək toplaşır.

Vumart və Güvən reklamı Vumart Güvən