Ursula fon der Lyayenin Monteneqroya səfəri ləğv edildi - SƏBƏBİ

 22:55 29.10.2022     147

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Monteneqroya planlaşdırılan səfəri kəskin hava şəraiti ilə əlaqədar ləğv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə U.fon der Lyayev öz "Twitter" səhifəsində yazıb.

Qeyd olunur ki, hazırda AK sədri Serbiyanın paytaxtı Belqradda səfərdədir. Onun Belqraddan Monteneqroya uçuşu səhər saatlarında təxirə salınıb. Yekunda səfəri ləğv etmək qərara alınıb.

Yerli KİV-in məlumatına görə, qatı duman Belqrad hava limanından uçuşların yerinə yetirilməsinə mane olub.