Danışıqlara hazırıq! - ​​​​​​​Lavrov

 14:45 30.10.2022     243

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara hazırdır.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiyanın danışıqlarla bağlı mövqeyi dəyişməz olaraq qalır. 

Bundan əlavə, Lavrov Rusiyanın gərginliyi azaltmaq üçün Qərbin təkliflərini dinləməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Ukrayna Rusiya ilə dialoqdan rəsmən imtina edib. Prezident Volodimir Zelenski bildirib ki, Rusiya işğal etdiyi ərazilərdən geri çəkilməyənə qədər danışıqlardan söhbət gedə bilməz.

Vumart və Güvən reklamı Vumart Güvən