Polşa da Ukraynaya göz dikib?
Polşa Qərbi Ukraynaya müdaxilə və “tarixi torpaqların” ələ keçirilməsi üçün plan hazırlayır.
Redaktor.az xəbər verir ki, bu barədə Belçikanın “Modern Diplomacy” portalı yazır.
Məqalədə deyilir ki, hətta indi də polyakların Ukraynada xüsusi hüquqları var. Onlar hökumətdə funksiyaları yerinə yetirə, yerli əhaliyə şamil olunan sosial təminatlar ala bilərlər. Bundan əlavə, Polşa sahibkarları qanuni olaraq Ukraynada fabrikləri və bütöv şirkətləri ala bilirlər.
“Hakim partiyanın Polşa Respublikasını “tarixi torpaqlar” çərçivəsində dirçəltmək planı, deyəsən, Rusiyanın Ukraynadakı müharibəsindən xeyli əvvəl formalaşıb”, – məqalə müəllifi yazıb.
Varşavanın ölkənin qərb bölgəsinə hərbi kontingent göndərəcəyi və ərazilərin Polşa xəritəsinə daxil olması ilə bağlı referendum keçirəcəyi güman edilir.
“Həmin vaxta qədər Ukrayna Silahlı Qüvvələri tamamilə məğlub olacaq və Ukraynanın indiki hökuməti Qərbə mühacirət edəcək.
Belə bir ssenaridə müdaxiləçilərə işğalçı yox, “Ukrayna xalqını azad edənlər” kimi baxılacaq. Eyni zamanda, 1943-cü ildə Volındakı qırğın sanki heç olmamış kimi unudulacaq”,-deyə iddia edilir.












