Hindistanda ölənlərin sayı 141-ə çatdı - VİDEO - YENİLƏNİB

Hindistanda Morbi körpüsü faciəsində ölənlərin sayı artmaqda davam edir.
Redaktor.az BBC-yə istinadla xəbər verir ki, qəzada ölənlərin sayı 141 nəfərə çatıb.
“Təxminən 177 nəfər xilas edilib, qruplar hələ də itkin düşmüş bir neçə nəfəri axtarır”,-deyə məlumatda bildirilib.
***
Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Körpü üzərində 500-ə yaxın insan olan zaman dağılıb. 100-dən çox insan su altında qalıb. Xilasedicilər hadisə yerindədir.
Faciə Maççxu çayı üzərindəki Morbi körpüsündə baş verib. O, 140 il əvvəl tikilib, bir neçə ildir ki, yenidən qurulub və cəmi dörd gün öncə ziyarətçilərin üzünə açılıb. Yerli sakinlərin də qoşulduğu xilasetmə əməliyyatına Baş nazir Narendra Modi rəhbərlik edir.
Hadisə şahidləri tərəfindən lentə alınan videoda körpünün troslarında bir nəfərin asılı olduğu görünür. Digərləri özlərini xilas etmək üçün çaya atılıblar.
Nərmin VÜQARQIZI