Rusiyanın daha bir Su-25 təyyarəsi VURULDU

 09:40 31.10.2022     330

Ukrayna hərbçiləri cənubda Rusiyanın Su-25 hücum təyyarəsini vurub.

Redaktor.az UNİAN-a istinadla bildirir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığının “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Məlumatda deyilir ki, işğalçılar Ukraynanın mövqelərinə və Berislav vilayətinin yaşayış məntəqələrinə təyyarəi və helikopterlərlə 3 dəfı hücum ediblər.

Buna cavab olaraq Ukrayna Silahlı Qüvvələrinin aviatorları düşmənin canlı qüvvə və texnikasının cəmləşdiyi ərazilərə üç dəfə hücum edib, zenitçilər isə daha bir "Su-25" qırıcısını dəqiqliklə vurublar.

Həmçinin, oktyabrın 30-da Xarkov vilayətində Ukrayna hərbçiləri  Rusiyanın hücum helikopterini vurublar.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya SQ Ukraynada azı 252 helikopteri itirib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən