Ruslar Ukraynanın 20 yaşayış məntəqəsinə hücum etdi

 10:13 31.10.2022     291

Ötən gün ərzində Rusiya hərbçiləri Ukraynaya 4 raket və 5 hava zərbəsi endirib, çoxsaylı raket sistemlərindən 90-dan çox hücum həyata keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının oktyabrın 31-i səhərə olan məlumatında qeyd edilib.

"20-dən çox yaşayış məntəqəsi düşmən hücumlarına məruz qalıb. Onların arasında Xarkov vilayətinin Kupyansk, Donetsk vilayətinin Seversk, Xerson vilayətinin Novaya Kamenka və Nikolayev vilayətinin Berezneqovatoe və Oçakov şəhərləri var", - deyə bildirilib. 

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən