Bu gün Ukraynada Rusiyanın 700 milyon dolları məhv edilib...

 15:12 31.10.2022     213

Rusiya oktyabrın 31-də səhər saatlarında Ukraynaya atdığı raketlərə görə 400 dollardan 700 milyon dollaradək vəsait itirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Ukraina seyças” məlumat yayıb.

Bildirilib ki, bu gün Rusiya Ukraynaya 50-dən çox “Х-101” və “Х-555” qanadlı raketləri atıb. “X-101”in birinin qiyməti 13 milyon dollar, “X-555”in qiyməti isə 7,5 milyon dollardır.

Qeyd olunub ki, səhər atılan raketlər Rusiyanın Novosibirsk və ya Yekaterinburq şəhərlərinin illik büdcələrinin yarısıdır.