Paşinyan sabah İrana gedəcək - SƏBƏB

 16:25 31.10.2022     193

Ermənistan Baş naziri Nikol Paşinyan sabah Tehrana səfər edəcək.

Redaktor.az İSNA-ya istinadən xəbər verir ki, səfər zamanı Paşinyanın Səadabad mədəni-tarixi kompleksində İran Prezidenti İbrahim Rəisi tərəfindən rəsmi qarşılanması olacaq.

Ermənistan və İran liderlərinin danışıqlarından sonra yüksək səviyyəli nümayəndə heyətlərinin birgə görüşü keçiriləcək.

Səfər zamanı Tehran və İrəvan arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.