Etiraz aksiyaları bütün İrana yayıldı - VİDEO

İranda sentyabrda Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyaları hələ də davam edir.
Redaktor.az, etiraz aksiyalarında sosial, iqtisadi, ictimai problemlər diqqətə çatdırılır və bununla əlaqədar hökumət əleyhinə şüarlar səsləndirilir.
Bu gün də İranın bir çox universitetində etiraz aksiyaları keçirilib, tələbələrə qarşı sərt davranışlara, ayrı-seçkiliyə son qoyulması tələb olunub. Etiraz aksiyaları ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.