Anatoli Karpov komaya düşdü

 18:15 31.10.2022     256

Şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.

Redaktor.az TASS-a istinadla bildirir ki, 71 yaşlı şahmatçı oktyabrın 29-da Dövlət Dumasının binası yaxınlığında huşsuz vəziyyətdə tapılıb.

Hazırda şahmatçının reanimasiyada olduğu bildirilir.

Xəstəxanaya gətirilərkən alkoqolun güclü təsiri altında olan qrosmeysterə qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Travmaları ağır olduğundan Karpov süni komaya salınıb.

Rusiya Şahmat Federasiyası qrosmeysterə hücum edilməsi səbəbindən travma alması xəbərini təkzib edib. 

Qeyd edək ki, 71 yaşlı Karpov 12-ci dünya çempionudur və 1993-1999-cu illərdə bu titulu qoruyub. O, həmçinin SSRİ komandasının tərkibində ikiqat dünya çempionu (1985, 1989), Sovet komandasının tərkibində Dünya Şahmat Olimpiadalarının altıqat qalibi (1972, 1974, 1980, 1982, 1986, 1988) , üçqat SSRİ çempionu (1976, 1983, 1988). Karpov doqquz dəfə şahmat üzrə ilin ən yaxşı oyunçusuna verilən mükafata "Oskar" mükafatına layiq görülüb (1973, 1974, 1975, 1976, 1977, 1979, 1980, 1981, 1984). 1970-ci ildə qrossmeyster, 1965-ci ildə SSRİ idman ustası adına layiq görülüb.

Tunar Altunbay