Norveç ordusu yüksək hazırlıq səviyyəsinə gətirildi

 19:27 31.10.2022     262

Noyabrın 1-dən Norveç hərbçiləri Ukraynadakı münaqişə ilə əlaqədar bu ölkənin silahlı qüvvələrinin hazırlıq səviyyəsini artıracaq.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Norveçin baş naziri Yonas Qahr Stör məlumat verib.

"Silahlı qüvvələrin ən mühüm vəzifəsi sülhü qorumaq və təhlükəsizliyi təmin etmək, münaqişələrin qarşısını almaqdır. Bu vəzifəni həll etmək üçün biz fəaliyyətimizi düşmüş olduğumuz vəziyyətə uyğunlaşdırmalıyıq", - o deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə bütün NATO ölkələrini daha ayıq-sayıq olmağa vadar edir:

"Biz ölkəmizdə hazırlıq səviyyəsini artırmalıyıq”.

Müdafiə Nazirliyinin sözçüsü Eirik Kristoffersen isə bildirib ki, Norveç Hərbi Hava Qüvvələri F-35 qırıcılarının ABŞ-dakı təlimlərini ləğv edib, Çünki Oslo hazırda onları Norveçdə saxlamağa üstünlük verir.

Tunar Altunbay