Çexiya Rusiyanın müsadirə olunmuş aktivlərini Ukraynaya verəcək

Çexiya hakimiyyəti ölkədə dondurulmuş Rusiya aktivlərini Ukraynaya verməyə hazırlaşır. Rəsmi Praqa ölkənin bərpası üçün hər il Ukraynaya 20 milyon dollar ayırmaq niyyətindədir.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu bunu baş nazir Denis Şmıqal çexiyalı həmkarı Petr Fiala ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Çexiya Rusiyaya qarşı yeni sanksiyaların tətbiqiUkraynaya fəal şəkildə kömək etməyə hazır olduğunu həmişə sübut edib, xüsusən də və Ukraynanın itkilərinin ödənilməsi ilə bağlı fikirlər səsləndirilib.
“Bu gün biz Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi məsələsinə də toxunduq və buna görə Çexiya hökumətinə minnətdarıq. Çexiya Rusiyanın törətdiyi dağıntıları kompensasiya etmək üçün bu cür aktivlərin müsadirəsi ilə bağlı təkliflər səsləndirməkdən çəkinmir”,- Şmıqal bildirib.
Tunar Altunbay