ABŞ-da atışma - 10-dan çox yaralı var

 09:31 01.11.2022     150

ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) Hellouin bayramı zamanı baş verən atışma nəticəsində azı 14 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli polisə istinadən ABC telekanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanları zərərçəkənlərin vəziyyəti barədə məlumat verməyib. Eyni zamanda, yerli yanğınsöndürmə departamentinin məlumatına görə, 11 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə azı 10 təcili yardım maşını göndərilib.

Polis atışmanın başvermə şəraitini araşdırır. Digər təfərrüatlar açıqlanmır.