İtaliyada güclü zəlzələ oldu
İtaliyanın Kalabriya regionu sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu bildirib.
Məlumata əsasən, zəlzələnin ocağı 286 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.












