Türkiyə kəşfiyyatı PKK-nın rəhbər şəxsini MƏHV ETDİ

 11:10 01.11.2022     443

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/YPG terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib və nəticədə daha bir terrorçu məhv edilib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə MİT-dən bildirilib.

Əməliyyat Suriyada aparılıb.

Nəticədə PKK/YPG terror təşkilatının Serdem Pir-Serhat Harun kod adlı qondarma tabor komandiri Ersin Şahin məhv edilib.

Vumart və Güvən reklamı Vumart Güvən