Ukraynalılar Rusiya ordusuna dəhşət yaşatdı - 650 hərbçi, 1 təyyarə, 4 helikopter MƏHV EDİLDİ

 11:41 01.11.2022     517

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 72470 (+650) nəfər canlı qüvvəsi, 2698 (+12) tank, 5501 (+16) zirehli döyüş maşını, 1730 (+2) artilleriya sistemi, 383 (+0) reaktiv yaylım atəşi sistemi, 197 (+0) hava hücumundan müdafiə sistemi, 276 (+1) təyyarə, 257 (+4) helikopter, 1415 (+2) PUA, 397 (+45) qanadlı raket, 16 (+0) gəmi, 4143 (+15) avtomobil texnikası və avtosistern, 154 (+0) xüsusi texnikası məhv edilib.

İşğalçılar ən böyük itkiləri Avdıivka və Baxmut istiqamətlərində veriblər.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən