“Əgər kimsə işləmək istəmirsə, özü bilər" - Lukaşenko

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hər hansı üzv ölkənin daxili siyasətində yaranmış problemlərin həllində istifadə oluna bilməz.
Redaktor.az “BelTA”ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün KTMT Baş katibi Stanislav Zasla görüşü zamanı deyib.
“Əgər kimsə işləmək istəmirsə, özü bilər. KTMT-də işləmək istəyənlərlə çalışmaq lazımdır. Biz bu qurumu möhkəmləndirib onu dünyaya hərbi-siyasi bir təşkilat kimi nümayiş etdirməliyik. Belarusun mövqeyi budur. Hər hansı oyunlar oynanılmamalıdır və KTMT ölkələrin hər hansı daxili problemlərinin həllində istifadə olunmamalıdır”, - deyə dövlət başçısı bildirib.
Lukaşenko qeyd edib ki, hər bir ölkənin daxili problemləri var, lakin KTMT onların həlli üçün yaradılmayıb.
Həmidə İbrahimova