İran Rusiyaya əlavə silahlar göndərməyə hazırlaşır

İran Ukraynaya qarşı müharibəsində istifadə etmək üçün Rusiyaya təxminən 1000 əlavə silah, o cümlədən qısa mənzilli ballistik raketlər və daha çox hücum pilotsuz təyyarəsi göndərməyə hazırlaşır.
Redaktor.az CNN-ə istinadla xəbər verir ki, bunu İranın silah proqramını yaxından izləyən qərb ölkəsinin rəsmiləri bildiriblər.
Qeyd edilib ki, İrandan Rusiyaya son silah göndərişinə 450-yə yaxın pilotsuz uçan aparat (PUA) daxil olub. Ukrayna rəsmiləri ötən həftə İran istehsalı 300-dən çox pilotsuz təyyarəsini vurduqlarını bildiriblər.
Gözlənilən bu yeni göndəriş İranın Rusiyanın müharibə səylərinə dəstəyinin əhəmiyyətli dərəcədə artacağını göstərəcək. Yükün Rusiyaya nə vaxt çatacağı ilə bağlı dəqiq vaxt bəlli olmasa da, rəsmilər silahların ilin sonuna qədər mütləq çatdırılacağına inanırlar.
İranın BMT-dəki nümayəndəliyi gözlənilən yeni yüklə bağlı şərh sorğusuna cavab verməyib. İran daha əvvəl Rusiyaya Ukraynada istifadə üçün silah verməsini rədd edərək, bunu “etməyib və etməyəcək” demişdi.
Həmidə İbrahimova