Serbiya ordusu yüksək döyüş hazırlığı əmri verildi
Serbiya Silahlı Qüvvələri Kosovodakı vəziyyətlə əlaqədar yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı “Veçerne Novosti” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, əmr Raska şəhəri yaxınlığında (Kosovo və Metoxiya ilə inzibati xəttin yaxınlığında) səmada naməlum PUA-ların aşkar edilməsindən sonra verilib.
Qəzet yazır ki, Serbiyanın "MiQ-29"-ları obyektləri məhv etmək üçün havaya qaldırılıb, bundan sonra PUA-lar bu ölkənin hava məkanını tərk edib.
Prezident bundan sonra düşmənin bütün pilotsuz təyyarələrinin hava hücumundan müdafiə vasitələri ilə məhv edilməsi barədə göstəriş verib.
Qəzetin yazdığına görə, pilotsuz təyyarələr Serbiya Ordusunun bazalarını qanunsuz olaraq izləyirmiş.
Serbiyanın Müdafiə Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, müdafiə naziri Miloş Vuçeviç və Baş Qərargah rəisi Milan Moysiloviçin müşayiəti ilə Raska şəhərindəki hərbi qarnizonlara baxış keçirib. Nazir “Manevra-2022” təlimlərində iştirak edən hərbçilərlə söhbət edib və “Serbiya Ordusunun Ali Baş Komandanın istənilən tapşırığını və əmrini yerinə yetirməyə hazır olduğuna” əminliyini bildirib.
Nazir əlavə edib ki, heç kim döyüşmək istəmir, lakin ordu istənilən tapşırığı yerinə yetirməyə hazırdır.
Serbiyanın müdafiə naziri Miloş Vuçeviçin sözlərinə görə, Serbiya nömrələrinə qoyulan qadağanın qüvvəyə minməsi ilə əlaqədar Kosovoda vəziyyət gərgindir. O vurğulayıb ki, ordu istənilən tapşırığı yerinə yetirməyə hazırdır.
Noyabrın 1-dən Kosovoda Serbiya qeydiyyatında olan avtomobil nömrələrinə qoyulan qadağa qüvvəyə minib. Kosovo hakimiyyəti avtomobil nömrələrini dəyişdirməyə vaxt tapmayanları 150 avro cərimələyəcək. 21 aprel 2023-cü ilə qədər keçid dövrü olacaq, bundan sonra Kosovo hakimiyyəti Serb nömrəli avtomobilləri müsadirə etməyə başlayacaq. İlkin olaraq qadağa avqustun 1-dən qüvvəyə minməli idi, lakin bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar təxirə salınıb.
Tunar Altunbay












