Blinken G7-dəki həmkarları ilə görüşəcək 

 21:52 01.11.2022     353

ABŞ dövlət katibi Entoni Blinken G7 ölkələrindəki həmkarları ilə görüşmək üçün noyabrın 3-4-də Almaniyaya səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Görüş zamanı Ukraynadakı müharibə, iqlim dəyişikliyi, enerji məsələləri müzakirə olunacaq.

Qida böhranı, Hind-Sakit okean regionu və Afrika da gündəmdədir. 

Vumart və Güvən reklamı Vumart Güvən