Əfqanıstanda qadınlar polisdə xidmətə cəlb edildi

 21:39 01.11.2022     242

Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı ictimai asayişin mühafizəsi üçün qadınlardan ibarət çevik polis alayı yaradıb.

Redaktor.az "Sputnik Əfqanıstan"a istinadla xəbər verir ki, artıq polisdə xidmət edəcək xanımlara uniforma, üzlük, qalxan, dəbilqələr paylanılıb.

Qeyd olunur ki, qadın polislər əsasən paytaxt Kabildə həmcinslərinin keçirdiyi aksiyaları dağıtmaqda iştirak edəcəklər.

Tunar Altunbay

 

Vumart və Güvən reklamı Vumart Güvən