İran Ermənistana qaz ixracını iki dəfə artırır

İranın Ermənistana qaz ixracı iki dəfə artacaq.
Redaktor.az xəbər verir ki, bu barədə İranın neft nazirinin qaz məsələləri üzrə müavini Məcid Çəgni məlumat verib.
O qeyd edib ki, bu gün Ermənistanın baş nazirinin İrana səfəri ilə eyni vaxtda bu ölkə ilə əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması ilə yanaşı, elektrik enerjisi ilə qaz mübadiləsi müqaviləsinin 2030-cu ilə qədər uzadılması da imzalanıb.
Çəgni qeyd edib ki, hazırda İran Ermənistana gündəlik bir milyon kubmetr qaz ixrac edir.